19 Aprel 2016 01:24
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vladimir Putinlə Pyotr Poroşenko Ukraynadakı vəziyyəti və böhranın həlli yollarını müzakirə ediblər. “Söhbət zamanı Nadejda Savçenko, eləcə də Rusiya vətəndaşları Aleksandrov və Yerofeyev ilə bağlı məsələyə də toxunulub. Ukraynanın Rostovdakı konsulu yaxın günlərdə Savçenko ilə görüşəcək”, deyə D.Peskov bildirib.


Qeyd edək ki, martın 22-də Rostov vilayət məhkəməsi Ukrayna vətəndaşı N.Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib, aprelin 18-də isə Kiyev məhkəməsinin qərarı ilə Rusiya vətəndaşları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov 14 il müddətinə həbs olunublar.


Müəllif:

Oxşar xəbərlər