20 Aprel 2016 01:44
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbçiləri İraqın şimalında 32 İŞİD silahlısını məhv ediblər.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Türkiyə mətbuatı İŞİD silahlılarının İraqın şimalındakı “Başik” düşərgəsində Türkiyə ordusuna məxsus tankı qumbaraatanlardan atəşə tutduğu bildirib. İnsident nəticəsində Türkiyə hərbçiləri arasında itki olmayıb.

Türkiyə hərbçiləri cavab atəşi ilə İŞİD silahlıların yerləşdiyi binanı məhv ediblər, 10 silahlı öldürülüb. Sağ qalan terrorçular hadisə yerindən uzaqlaşmağa çalışıblar, lakin Türkiyə ordusunun atəşi nəticəsində daha 22 silahlı öldürülüb.


Müəllif: