2014-cü ilin iyunundan sonra ilk dəfə Brüsseldə Rusiya-NATO şurasının iclası keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə Ukraynadakı böhran, təhlükəsizlik məsələləri, və Əfqanıstandakı fəaliyyətlər müzakirə edilib. Bundan başqa, Rusiyanın Su-24 qırıcısının ABŞ-a məxsus hərbi gəmi üzərinə manevr etməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans və Rusiya arasında dərin fikir ayrılığı var və şura bunu aradan qaldıra bilməyib. O əlavə edib ki, əvvəlki münasibətlərə qayıtmaq mümkün olmasa da, Rusiya və NATO açıq siyasi kanalları saxlamaq barədə razılığa gəliblər: "Bu cür iclaslar çox vacibdir və biz əvvəlki münasibətlərə qayıtmaq niyyətindəyik. Ukrtayna böhranı məsələsində ciddi fikir ayrılımız var. Rusiya Ukraynanın şərqində baş verənləri vətəndaş müharibəsi kimi qələmə vermək istəyir. Buna görə də Rusiya NATO ilə normal münasibətlərə qayıtmaq fikrindən geri çəkildi".
Samir