Norveçli kütləvi qatil Anders Breivik dövlətə qarşı açdığı insan haqları əsasında məhkəmə işinin bir hissəsini qazanıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, məhkəmə onunla həbsxanada davranışın "qeyri-insani və ya alçaldıcı rəftar görməsi və ya cəzalandırılmasına" bərabər olması barədə şikayətinə haqq qazandırıb.
Normal rəftar hüququ "demokratik cəmiyyətdə fundamental dəyər təşkil edir" və "terrorçu və qatillərə də şamil edilir", hakim Helen Andenaes Sekulic deyib.
Breivik 2011-ci ilin yayında gənclər düşərgəsinə hücum edərək onlarla gənc siyasi fəalı öldürmüşdü.