Fransanınən qədim və ən böyük siyasi akademiyası sayılan Paris Universiteti müsəlman qadınlara dəstək olaraq "Hicab günü" aksiyasi keçirilib.
Teleqraf.com xəbər verir ki, aksiyaya səbəb Fransa hökumətinin ali təhsil ocaqlarında hicaba qadağa qoyması olub. Müsəlman və qeyri-müsəlmanlar universitetin girişində tələbələrə baş örtüyü paylayıb. Aksiyada oğlanlar da iştirak edib.
Tələbələr hicabın hüquqi dövlət prinsiplərinə qarşı olmadığını ictimaiyyətə çatdırmaq istəyiblər. "Heç kim qadınların geyimlərinə qarışmamalıdır" deyə, aksiya iştirakçıları bildiriblər.
Ayxan