Türkiyənin Kilis şəhərinin Suriya ərazisindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralanıb xəstəxanaya çatdırılan 2 nəfər həkimlərin səylərinə baxmayaraq həyatlarını itiriblər.
Xəstəxanada 4 yaralının müalicəsi davam edir.
Xatırladaq ki, aprelin 18-də Kilis İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulmuşdu, 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.