Suriya ordusunun Hələbin Anadan bölgəsi endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hava zərbələrindən sonra ərazidə yanğın başlayıb.
Yaralananların xəstəxanalara çatdırıldığı bildirilir.