24 Aprel 2016 09:12
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Vaşinqton metrosunda növbəti insident yaşanıb: Tenlitaun stansiyasında güclü tüstülənmə baş verib.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, ilkin versiyaya görə, insidentə yollardan birində izolyasiya materiallarının yanması səbəb olub. Sərnişinlər vahiməyə düşüblər. Bəzi şahidlər hətta partlayış səsi eşitdiklərini deyirlər.

Metronun Tenlitaun stansiyasının yerləşdiyi “qırmızı xətdə” qatarların hərəkəti tam dayandırılıb və sərnişinlər evakuasiya olunub. Onların daşınması üçün xüsusi avtobuslar ayrılıb.

Yanğınsöndürənlər hazırda stansiyanı və tuneli havalandırırlar. Xəsarət alanların olmadığı bildirilir.


Müəllif: