Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.
APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün ciddi təhlükə yoxdur. Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.
Qeyd edək ki, yanvar ayından indiyə qədər Suriyada İŞİD-in nəzarətində olan Bab bölgəsindən Türkiyəyə atılan raketlər və artilleriya mərmiləri nəticəsində 5-i suriyalı olmaqla, 15 nəfər həyatını itirib.