26 Aprel 2016 13:34
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Avropa Birliyinə üzv olmaqdan hələ çox uzaqdır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici əlaqələr üzrə nümayəndəsi Federika Moqerini deyib. Onun sözlərinə görə, Türkiyə-Avropa Birliyi danışıqlarında əsas məqsəd bu ölkəni müasirləşdirilməsinə yardım etməkdən ibarətdir: "Biz hələ bundan çox uzağıq. Bu, hazırkı danışıqlardan asılıdır. Balkan yarımadasının ölkələri uzun müddətdir danışıqlarda iştirak edir. Ancaq Avropa Birliyinə üzv olmaq hələ onlara nəsib olmayıb. Mən əminəm ki, Türkiyənin birliyə üzv olması Ankara hökumətinin söz və mətbuat azadlıqlarını tam təmin etməsindən asılıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər