26 Aprel 2016 20:01
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımın Ali Məhkəməsi “Krım-tatar xalqının məclisi” İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Qərardan bir ay müddətində şikayət etmək olar.

Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib.

O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev “böyük Qərb kuklaoynadanlarının oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər”.

Prokurorluğun məlumatına görə, Məclisin liderləri türk “Boz qurd” və “Hizb ut-Tahrir əl-İslami” kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər.

ABŞ və bir sıra Qərb ölkələri Krım Tatarları Milli Məclisinin demokratik təşkilat olduğunu və ona qarşı təzyiqlərin aradan qaldırılmasının vacibliyini bəyan ediblər.


Müəllif:

Oxşar xəbərlər