30 Aprel 2016 11:40
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Co Bayden Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşüb.

Teleqraf.com xəbər verir, M.Bərzaninin ofisinin yaydığı yazılı açıqlamaya görə, tərəflər görüş zamanı İŞİD-in əlində olan Mosul şəhərinin azad edilməsi, şəhərin gələcəyi, İraq və Suriyada terrorla mübarizə məsələləri başda olmaqla son gəlişmələri müzakirə ediblər.

Açıqlamada Baydenin “Peşmərgə”nin İraqda siyasi sabitliyin yenidən təmin edilməsi üçün göstərdiyi fəaliyyətlərdən dolayı Bərzaniyə təşəkkür etdiyi qeyd olunub.

M.Bərzani isə Səddam Hüseyn diktaturasının yıxılması, terrorla mübarizə sahəsində dəstəyi, “Peşmərgə”yə əsgəri və maliyyə yardımlarından dolayı ABŞ-a təşəkkür edib.

Açıqlamada Bayden və Bərzaninin İŞİD-dən sonra bölgənin durumu və İraqın bu müddətdə atması tələb olunan addımları da müzakirə olunub.

Bağdad və Ərbili də ziyarət edən Co Bayden bölgədə Amerika əsgərləri ilə söhbət edərkən İraq barədə “Bunlar tarixdə süni sərhədlər çəkdiyimiz, bir-birindən tamam ayrı etnik, dini, mədəni qruplardan süni dövlətlər yaratdığımız, “Bunu alın, birlikdə yaşayın” dediyimiz yerlər” ifadələrindən istifadə edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər