Ermənistan silahlı qüvvələri aprelin 30-dan mayın 1-nə keçən gecə təmas xəttində növbəti təxribata əl atıb.
Teleqraf.com xəbər verir ki, Ağdərə istiqamətində mövqelərimizi atəşə tutan düşmənə endirilən cavab zərbələri nəticəsində 1991-ci il təvəllüdlü hərbçi Aşot Zoqrabyan öldürülüb.
Ermənistan Müdafiə Nazirliyi A.Zoqrabyanın öldüyünü təsdiqləyib.