10 May 2016 22:33
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı əməliyyatı, araşdırılıb aradan qaldırılmasını tələb edən bir sıra problemləri üzə çıxarıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti deyib. Onun sözlərinə görə, hərbi texnikalar təkmilləşdirilməlidir

Vladimir Putin söz açdığı probləmlərin təfərrüatlarına varmayıb. Putin həmçinin Suriyadakı hərbi əməliyyatın nəticələrini təhlil edib. Onun sözlərinə görə, Rusiya təyyarələrinin 10 min hərbi uçuşu gedişatında 30 mindən artıq "beynəlxalq terrorçu" hədəflərinə zərbələr endirilib.

"Suriyada Rusiya silahının yüksək keyfiyyəti və effektivliyi aşkarcasına nümayiş etdirildi", Putin deyib.

Rusiya lideri hesab edir ki, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə ən-Nüsrə Cəbhəsinə qarşı mübarizədə dönüş yaratmaq, məhz Rusiya aviasiyasının ahəng işi nəticəsində mümkün olmuşdu. Rusiya Suriya əməliyyatlarına ötən ilin sentyabr ayında başlayıb. Martın 14-də isə Vladimir Putin Rusiya hava qüvvələrinin ölkədən çıxarılmasını əmr edib. Rusiya İD əleyhinə vuruşduğunu bildirir, lakin Qərb ölkələri deyir ki, Moskvanın əsl məqsədi Bəşər əl-Əsədin hakimiyyətini möhkəmləndirməkdir.


Müəllif:

Oxşar xəbərlər