11 May 2016 20:39
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert koçaryan Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Teleqraf.com erməni saytlarına istinadən yazır ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş dörd günlük müharibə və onun nəticələri geniş müzakirə olunub.

Xatırladaq ki, mayın 3-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da işğal altındakı Qarabağa səfər etmiş və separatçıların lideri ilə görüşmüşdü. Sabiq prezidentlərin ardıcıl şəkildə Dağlıq Qarabağa gəlməsi göstərir ki, münaqişənin həllilə bağlı Ermənistanda ciddi fikir ayrılığı yoxdur.


Müəllif:

Oxşar xəbərlər