15 May 2016 15:39
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin cənubundakı əl-Mukalla şəhərində kamikadzenin mərkəzi polis bölməsində özünü partlatması nəticəsində ən azı 30 polis işçisi ölüb.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, güclü partlayış nəticəsində 70 nəfər xəsarət alıb. Hadisə zamanı şəhərin polis rəisinin sağ qaldığı bildirilir.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, Yəmən ordusu aprelin sonlarında əl-Mukallanı terrorçulardan azad edərək şəhərə nəzarəti ələ keçirib.


Müəllif:

Oxşar xəbərlər