Qazaxıstanın Almatı vilayətində qatar qəzası baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 2 qatar toqquşub.
Məlumatlara görə, qatarlar "Türksib trans tasımalı" şirkətinə məxsus olub: "Qəzaya səbəb qatarların birinin əyləc sistemində yaranmış problem olub. Hadisə zamanı xəsarət alan olmasa da, qatarlara ciddi ziyan dəyib. Faktla bağlı araşdırmalar davam edir".
Samir