Uqandanın Cənubi Sudanla sərhədində naməlum şəxslər 20 nəfəri oğurlayıblar.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polisin başçısı İqnatus Otonq verib.
Hadisə ölkənin şimalında Qərbi Nil regionunda baş verib. Polisin məlumata görə, 20 nəfər dinc sakinin Cənubi Sudandan olan silahlılar tərəfindən qaçırıldığı təxmin edilir.
Polis rəisi Cənubi Sudan silahlılarından şübhələnilməsinin səbəblərini mətbuata açıqlamayıb.