“Şimali Atlantika Alyansı Rusiya ilə yeni “soyuq müharibə” istəmir”.
Teleqraf.com-un məlumatına görə, bunu Polşanın TVN telekanalına müsahibəsində NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz çoxdandır Rusiyanın öz silahlı qüvvələrinə intensiv şəkildə investisiya qoymasının şahidiyik” deyən baş katib NATO-nun sadəcə bu hərəkətə cavab verdiyini və müdafiəni möhkəmləndirdiyini, həmçinin “eskalasiyadan qaçdığını” və açıq dialoqu dəstəklədiyini vurğulayıb.
Yens Stoltenberq bildirib ki, NATO hazırda alyans üzvlərinə bilavasitə təhdid görmür: “Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində deyil, biz “soyuq müharibə”dən sonra bu cür münasibət qurmaq yaratmaq istəyirdik. Eyni zamanda bu münasibətlər konfrontasiya da sayıla biz, biz yeni “soyuq müharibə” istəmirik”.
Baş katib həmçinin alyansın şərq cinahını gücləndirmək niyyətini də şərh edib: “Biz aydın siqnal veririk – NATO bütün üzvlərini təhdidlərdən müdafiə edəcək. Bu, NATO və onun silahlı qüvvələrinin hər zaman səsələndirdikləri fikirdir”.
NATO-nun şərq cinahında hərbi iştirakına dair qərar iyulun əvvəlində Varşava sammitində qəbul olunacaq.
Səxavət