Avstraliyada 6,1 bal gücündə zəlzələ başa verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı rəsmilər zəlzələnin Ayer Roks adı ilə də tanınan Uluru şəhərinin 125 kilometr qərbində, yerin 10 kilometr dərinliyində baş verdiyini bildiriblər.
Zəlzələdən sonra 3,8 və 3,4 bal gücündə daha iki təkan qeydə alınıb.
Rəsmilər hər hansı insan və maddi itkilərin baş vermədiyini bildirərək, sunami təhlükəsinin də baş vermədiyini vurğulayıblar.
Səxavət