Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bəyan edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Yunanıstanda səfərdə olan V. Putin Su-24 təyyarəsi ilə bağlı insidentə baxmayaraq Rusiyanın Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini söyləyib.
O, qeyd edib ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir və qarşı tərəfdən konkret addımlar gözləyir.