Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PYD və YPG-ni dəstəkləməsini pisləyib. Bu barədə Trend Anadolu Agentliyinə istinadən xəbər verir.
Türkiyənin dövlət başçısı qeyd edib ki, İŞİD, PYD və PKK terrorçuları arasında heç bir fərq yoxdur.
Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır.
ABŞ Türkiyə və terror təşkilatları arasında seçim etməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, hesab edir ki, ABŞ-ın Suriyadakı "Demokratik İttifaq" (PYD) kürd partiyasının terror təşkilatı olmaması barədə bəyanatı sağlam düşüncəyə ziddir.
Nazir əlavə edib ki, Türkiyə PYD və PKK terrorçularının sıx əməkdaşlıq etməsi faktları barədə dəfələrlə məlumat verib.