31 May 2016 15:53
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yeni əmək qanununa etirazlar səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazlar və tətillər ölkədə sərnişindaşımadaşıma sahəsində gecikmələrə səbəb olub.

Məlumatlara görə, bu gün yerli vaxtla 20:00-da Fransa Milli Dəmiryolları şirkətinin işçiləri açıq tətil elan edəcəklər. Bu tətil şəhərlərarası sərnişin daşımalarında ciddi problemlər yaradacaq.

Yerli medianın yaydığı xəbərlərdə bildirilir ki, bu həftə Fransada kütləvi daşımalar üçün qara həftə olacaq və tətillər həyatı iflic edəcək. Tətillər "Avro 2016" üçün Fransaya gələnlərə də təsirsiz ötüşməyəcək: "Fransada tətillər və benzin qıtlığı ölkəyə gələn turistlərə ciddi problemlər yaradacaq".

Qeyd edək ki, adı çəkilən qanun layihəsi Fransanın əmək naziri, Mərakeş əsilli Miriam Əl Xomri tərəfindən hazırlanıb: "Bu qanunun əsas məqsədi ölkədəki işsizlik problemini aradan qaldırmaqdır. Fransada işsizlik 10 faiz təşkil edir. 20 il əvvəl də belə idi". Fransanın baş naziri Manuel Vals da qanuna dəstək verdiyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər