2 İyun 2016 01:13
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ müttəfiq olan bütün ölkələrlə olduğu kimi, İŞİD-ə qarşı mübarizədə Türkiyə ilə birlikdə addımlar atmaqda davam edəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “PYD-nin məqsədinin Suriyada torpaqlar ələ keçirmək olduğu halda, ABŞ bu terror təşkilatları ilə iş birliyi qurur” açıqlamasına münasibət bildirərkən deyib.

Ankaranın bölgədə önəmli bir tərəfdaş və güclü NATO müttəfiqi olduğuna diqqət çəkən Kirbi qeyd edib ki, İŞİD tək Türkiyə üçün deyil, bütün dünya üçün ciddi təhlükədir.

Samir


Müəllif:

Oxşar xəbərlər