Somalinin paytaxtı Moqadişuda məmurların qaldığı Ambasador otelinin yaxınlığında bomba yüklü avtomobil partlayıb.
Teleqraf.com xəbər verir ki, kamikadzenin törətdiyi terror nəticəsində 11 nəfər dünyasını dəyişib.
Eş-Şebab qruplaşması terrorun məsuliyyətini öz üzərinə götürüb. Partlayışdan sonra terrorçular otelə girərək içəridəkiləri girov götürüb.
Təhlükəsizlik qüvvələri oteli mühasirəyə alıblar. Terrorçularla danışıqlar gedir.