İraq ordusu mayın 23-dən başlayan Əl-Fəlucə əməliyyatı dövründə 29 yaşayış məntəqəsi İŞİD silahlılarından azad edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq federal polis qüvvələrinin komandanı Raid Şakir Caudat bildirib.
“Biz əməliyyat başlayandan bəri, Əl-Fəlucə - Əl-Karma, Alba Şadcal və Əs-Səklaviyyə əsas müdafiə xəttini azad etdikdən sonra, 29 kənd və rayonu azad etmişik”, - deyə Caudat bildirib.