6 İyun 2016 14:45
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniyanın Rusiyanı rəqibləri sırasına aid etməsi narahatlıq və təəssüf doğurur".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu mövqe konfrontasiya yaradır.

Qeyd edək ki, Almaniya hökümətinin "Ağ kitab"a etdiyi dəyişikliklərdə Rusiya Almaniyanın rəqibi kimi göstərilib. Buna səbəb Rusiyanın Donbas və Krımla bağlı siyasətidir.

"Ukraynanın ittihamları əsassızdır"

"Rusiya hərbi təyyarələri tərəfindən Ukraynanın hava sərhədinin pozulması ittihamları əsassızdır". Buna da Peskov belə deyib. O bildirib ki, son iki ildə bu kimi bəyanatlar çox tez-tez səsləndirilib: "Bu ittihamı sübut etmək lazımdır. Ancaq belə bəyanatlar bu günə kimi havada qalıb".

Rusiya və Avropanın qarşılıqlı maraqları

Peskov deyib ki, Rusiya və Avropa arasında intensiv siyasi əlaqələr qarşılıqlı maraqlarla izah olunur. Onun fikrincə, sanksiyalara baxmayaraq, bu, maraqlar çox intensivdir: "Bu həm regional, həm də beynəlxalq məsələlər səviyyəsində intensiv xarakter alıb".

Samir


Müəllif:

Oxşar xəbərlər