7 İyun 2016 21:52
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə qarşı etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, dəyişikliyin əsas dəstəkçisi olan iqtisadiyyat naziri Emmanuel Makron yumurta hücumuna məruz qalıb.

Parisdə "Xalq Cəbhəsi"nin 80-ci ildönümü ilə bağlı xatirə pulunun təqdimatına gələn nazir həmkarlar təşkilatı üzvlərinin hücumuna məruz qalıb. "Artıq rədd ol" şüarı səsləndirən etirazçılar nazirə yumurta atıblar.

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən iş saatı uzadılacaq, işçilərin işdən çıxarılması asanlaşacaq.

Ayxan


Müəllif:

Oxşar xəbərlər