11 Oktyabr 2019 09:41
3 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan nəsrində kəmiyyət azaldılmalıdı. Demirəm, senzura tətbiq olunsun. Hər halda nəşriyyatlar da brend olmağa, hər əsəri çap etməməyə çalışmalıdır".

Bu sözləri Teleqraf.com-a video-müsahibəsində AMEA Nizami Gəncəvi adına adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova deyib.

Alim müasir ədəbiyyatın və ədəbiyyatşünaslığın problemləri, əyər-əskikləri və ümidverici istiqamətləri haqda ətraflı söz açıb.

Qeyd edək ki, Maral Yaqubova bu ilin sentyabrında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Ədəbi proses-2018" mövzusunda keçirilən konfransda nəsr üzrə məruzəçi olub.

Ədəbiyyatşünas-alim məruzəyə hazırlıq dövründə çoxsaylı nəsr mətnlərini oxuyub təhlilə cəlb etdiyini bildirib.

Video-müsahibəni təqdim edirik:


Müəllif: Teleqraf.com