8 Noyabr 2020 01:16
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm sənayesi ərəb ölkələrinin Ümumi Daxili Məhsuluna ( ÜDM ) 11,4 faiz qatqı təmin edir.

Teleqraf.com xəbər verir ki, bu, Ərəb Valyuta Fondunun yayımladığı hesabatda öz əksini tapıb

Məlumata görə, 2019-cu ildə Səudiyyə Ərəbistanında dini turizm də daxil olmaqla bu sektorun gəliri 79,5 milyard dollara çatıb. Səudiyyə Ərəbistanını 58,2 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 48,3 milyard dollarla Misir izləyib.

2019-cu ildə 19 milyon Ümrə ziyarətçisinə qapılarını açan Səudiyyə Ərəbistanında Həcc ziyarətinin ləğvi ilə dini turizmdə ciddi azalma olub. Bundan əlavə, COVID-19 tədbirləri sayəsində zəvvarların sayı 95 faiz azalıb.

Körfəz ölkələri arasında 2019-cu ildə 22 milyon turisti qəbul edən BƏƏ-nin turizm sektoru ən çox təsirlənən sahələrdən biri olub.

BMT Dünya Turizm Təşkilatının ( UNWTO) məlumatına görə, ilin birinci yarısında turist sayı əvvəlki ilin eyni dövrünə nisbətən 440 milyon azalıb. Bu azalmanın təsiri ilə turizm sənayesinin itkisi 460 milyard dollar olub.

Dünyadakı turizm sektorunun 2019 səviyyəsinə qayıtması üçün 2 ilə 4 il arasında vaxt lazım olduğu bildirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər