“Erməni xalqının ləyaqəti alçaldıldı. Nikol Paşinyana belə bir haqqı kim verib? Baş nazir ölkəyə rəhbərlik edə bilmirsə, getməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan”parlament fraksiyasının üzvü, deputat Mikael Melkumyan deyib.
“Niyə bu qədər qurban olmalıdır? Niyə o qədər insan ölməli idi? Zohrab Mnatsakanyandan sonra istefa etməli olan məmurlar yoxdurmu? Nikol Paşinyan, dərhal getməlisiniz, çünki ölkənin məğlub olan lideri danışıqlar apara bilməz. Yeni danışıqlar üçün yeni bir hökumətə ehtiyac var”, - Mikael Melkumyan söyləyib.