“Dağlıq Qarabağ münaqişəsi kontekstində yaranmış situasiya və Dağlıq Qarabağdakı mövcud vəziyyət Ermənistanda narazılıq yaradıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan TASS agentliyinə müsahibəsində deyib.
“Düzü, mən o qədər də xoşbəxt deyiləm, hamımız yaşadığımız vəziyyətdən narazıyıq. Ancaq hansı alternativlərimizin olduğunu anlamalıyıq. Vəziyyəti pisləşdirmək üçün deyil, onu sabitləşdirmək və yaxşılaşdırmaq üçün çalışmalıyıq.
Yalnız daxili deyil, həm xarici sabitlik və təhlükəsizliyi, həm də iqtisadi təhlükəsizlik və sabitliyi nəzərdə tuturam və diqqətimizi bu məsələlərə cəmləməliyik. Bu o demək deyil ki, hökumət hər şeyin yaxşı və qaydasında olduğuna inanır. Əksinə, əvvəlcə vəziyyəti gərginləşdirməməli, daha da pisləşdirməməli olduğumuza inanırıq”, - Paşinyan qeyd edib.