15 May 2021 14:49
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Vətən” və ölkənin keçmiş prezidenti Serj Sərkisyanın “Respublika Partiyası” növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok yaradıb.

Teleqraf.com xəbər verir ki, “Şərəfim var” adlanan seçki blokunun məqsədi “kapitulyatları hakimiyyətdən uzaqlaşdırmaq, ölkənin tam hüquqlu suverenliyini bərpa etmək, dinc və təhlükəsiz yaşamaq hüququnu xalqa qaytarmaq”dır.

Serj Sərkisyan bildirib ki, artıq yüksək dövlət vəzifəsinə iddia etmək fikrində deyil.

“Mənim adım siyahıda olmayacaq. Öz məsləhətlərimlə kömək edəcəyəm”, - deyə S.Sərkisyan bildirib.

Bundan əvvəl, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının nümayəndələri İşxan Saqatelyan və Vahe Akopyan növbədənkənar parlament seçkilərində iştirak etmək üçün blok yaradılması barədə memorandum imzalayıblar.

Ermənistanda növbədənkənar parlament seçkisi iyunun 20-də keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər