Ermənistan Milli Təhlükəsizlik Xidməti istefa verən Prezident Armen Sərkisyanın xarici ölkə vətəndaşlığı məsələsini araşdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə təklif təqdim edib.
Armen Sərkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması faktı aşkarlandığı bildirilir.
Xatırladaq ki, 2021-ci ilin martında 53 hüquqşünas Sərkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı prokurorluğa hesabat təqdim edib. Qeyd olunurdu ki, Armen Sərkisyan 2003-2012-ci illərdə ən azı 10 il Birləşmiş Krallığın vətəndaşı olub, son altı ildə Ermənistan onun vətəndaşlıq tələbini təmin etmədiyi halda, 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib. Krallıq onun vətəndaşlığını 2012-ci il martın 1-dək dayandırsaydı, onda prezident seçilə bilərmiş.