18 Mart 08:55
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kral ailəsinin ABŞ-da yaşayan üzləri Şahzadə Harri və Meqan Markla bağlı xəbərlər dünya mediasının gümdəmindədir.

Yanvarın ortalarında Uels şahzadəsi Keyt Middleton qəfil xəstəxanaya yerləşdirildikdən və əməliyyat olunduqdan sonra ailə ətrafında qalmaqal böyüdü.

Kensington Sarayı hələlik şahzadənin xəstəliyinin səbəbini açıqlamayıb. Sadəcə Middletonun xərçəng xəstəsi olmadığı bildirilib.

Bu çətin əməliyyatdan sonra evdə dincəldiyi deyilən Keyt Middletonun iki aydan çoxdur ictimaiyyət arasında görünməməsi dedi-qodulara səbəb olub.

Əvvəlcə narahatlıq onun səhhəti ilə bağlı idi: Uels şahzadəsinin görünməməsi, sui-qəsd iddiasına inananların sayını artırdı.

Sosial şəbəkələrdə yayılan və bəziləri zarafat məqsədi daşıyan bu şayiələrə görə, şahzadə bir sıra plastik əməliyyatlar keçirib və buna görə də gizlənir.

Onun xəstəliyinin deyilənlərdən daha ağır olduğunu və əslində komaya düşdüyünü, hətta öldüyünü iddia edənlər də olub. Ən böyük şübhə, Kate Middletonun bu əməliyyatı ən yaxın dostlarından, hətta onun cədvəlini tərtib etməkdə məsul olan köməkçilərindən gizlətməsi idi.

Uels şahzadəsinin də uzun zaman yoxa çıxması, onunla bağlı iddiaların getdikcə artmasına səbəb olub. Şahzadə Uilyamın atasının ailə dostu və yaxın həmkarı Markes Devid Çolmondolinin həyat yoldaşı Rouz Hanberi ilə münasibətdə olduğu iddia edilib.

Bu söz-söhbət illərdir davam etsə də, indi şayiələr yayılıb ki, Uilyam Keyti üçüncü uşaqları Luisinə hamilə olarkən ​​aldatıb və Rouz Hanberi də Uilyamın başqa qızını dünyaya gətirib.

Buna qarşılıq olaraq, qisas almaq istəyən Keyt Middletonun Kraliça II Yelizavetanın əmisi qızı Ledi Qabriella Vindsorun 45 yaşlı əri Tomas Kinqstonla münasibət qurduğu və hamilə qaldığı iddia edilir. Tomas Kinqstonun fevral ayında qəfil ölümü və cəsədinin yanında tapançanın tapılması da sui-qəsd ehtimalını artırıb.

Digər sui-qəsd iddiaları arasında Şahzadə Uilyamın qəzəbini idarə edə bilmədiyi, zorakılığa meylli olması, Kate Middletonu döyməsi və ondan ayrılmağa cəhd etməsi daxildir.

Bu söz-söhbətlərə son qoymaq üçün Keyt Middleton ötən həftə İngiltərədə qeyd olunan Analar Günü üçün xüsusi foto paylaşıb. Ona göstərilən diqqətə görə təşəkkür edən və tezliklə sağalmağı arzulayan şahzadə yanındakı 3 övladı ilə gülümsəyərək kameraya baxıb və Uilyam fotonu çəkib.

Bu hərəkət hər şeyi daha da pisləşdirib. Paylaşılandan bir gün sonra məlum oldu ki, foto "Photoshop" ilə işlənib. Xəbər agentliklərindən fotonu etibarsız elan etmələri və paylaşmamaları istənilib


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər