5 Mart 12:51
12 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyi Gürcüstanla mübahisəli sərhəd məsələsini ərazi güzəşti hesabına həll etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyan Gürcüstana son səfərində sərhədinin delimitasiyası məsələsini də müzakirə edib. Bu sahədə hələ də həll olunmamış problemlər var. Məsələn, Gürcüstanın bütövlükdə ermənilərin yaşadığı Axkerpi kəndinin sakinləri Lalvarın otlaqları və gürcü kəndi ilə həmsərhəd olan Xuçap monastırını onlara təhvil verilməsi təklif edilərək, Ermənistan hökumətinə məktub yazmağa və müraciət etməyə çağırılır”, - nəşr yazır.

Politoloq Qrant Mikayelyan məlumatı “Hraparak”a təsdiqləyib. Onun sözlərinə görə, gürcülər həmin tarixi kilsəni mənimsəmək istəyirlər, Ermənistan rəhbərliyi də güzəştə isti baxır.

Mikayelyanın iddiasına görə, gürcülər sərhədin delimitasiyası prosesində Ermənistandan torpaq qoparmağa çalışırlar.

“Gürcülər mübahisəli kilsə və otlaqları götürmək istəyirlər. Tez bir zamanda istədikləri nəticəni əldə etməyə çalışırlar. Gürcüstan hakimiyyəti dəfələrlə yerli hakimiyyət səviyyəsində erməniləri sıxışdırmağa çalışıb. Məsələn, Cilizə kəndinin sakinləri tamamilə Milli Təhlükəsizlik Xidmərtinin nəzarətindədir. Siyasi baxımdan iki qonşu ölkə arasında aşkar fikir ayrılığı yoxdur, amma xalqlar arasında dini fikir ayrılıqları var. Gürcüstanda erməni icmasına sistemli təzyiqlər var”, - politoloq deyib.


Müəllif: Mənsur Rəğbətoğlu