5 Mart 15:56
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bir çox qonşuları Moskvanın dəfələrlə nümayiş etdirdiyi və onlara qarşı hədələyici ritorika və atmağa hazır olduğu təhdidedici addımlardan narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı açıqlamasını şərh edərkən deyib.

“Bu suala birbaşa cavab vermək fikrində deyiləm, baxmayaraq ki, regionda sabitliyi pozan Rusiya hökumətinin ritorikasıdır. Məhz buna görə də Rusiyanın bir çox qonşuları Moskvanın dəfələrlə nümayiş etdirdiyi və onlara qarşı atmağa hazır olduğu hədə xarakterli addımlar və hədələyici ritorikasından narahatdır”, - Miller bildirib.

Rusiyanın baş diplomatı bundan əvvəl Qərbə inteqrasiya edən Ermənistana cavab verəcəklərini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu