27 Mart 11:19
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Azərbaycanla sülh müqaviləsinin imzalaması üçün Ermənistana təzyiqləri artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“İrəvanda polis bölməsinə son silahlı hücumda hökumət komandası xarici iz görür. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri daxili müzakirələrdə bildirirlər ki, Qərb sülh müqaviləsini imzalaması üçün hökumətə təzyiqləri artırır, nəhayət bundan sonra rusları Ermənistandan qovmaq arzusu gerçəkləşəcək.

Hücum edənlərin “Sasna Çrer”lə yaxınlığına, onun isə Qərbin himayəsində olmasına görə partiya üzvləri hesab edirlər ki, bununla Qərb Paşinyana xəbərdarlıq edir ki, hərəkətə keçməsə, onu bütün tələbləri yerinə yetirəcək daha radikal və hökumətlə əvəz edəcək”, - məqalədə deyilir.

Nəşr iddia edir ki, Qərb İrəvanın hər cür güzəştə gedərək bir an öncə sülh müqaviləsini imzalamasını istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu