27 Mart 15:43
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan Brüsseldə Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşündən danışıb.

Teleqraf.com xəbər verir ki, spiker görüşün qısa çəkdiyini, siyasi məsələləri müzakirə etmədiklərini iddia edib.

“Tixanovskayaya Ermənistanla bağlı müsbət danışdığı üçün təşəkkür etdim. Başqa heç nə danışmadıq”, - spiker bildirib.

Görüş bir neçə gün əvvəl baş tutub. Belarus mediasının məlumatına görə, Svetlana və Alen Ermənistanda həbs edilmiş Belarus vətəndaşı Yaroslav Novikovun məsələsini müzakirə edib. Hərbi xidmətdən yayınmaqda ittiham olunaraq Belarus hakimiyyəti tərəfindən axtarışda olan Novikov bir neçə şəxslə birlikdə Ermənistanda saxlanılıb. Belarus mətbuatı yazır ki, Simonyan Tixanovskayaya onu Belarusa təhvil verməyəcəyinə söz verib.

Bundan başqa, Belarusda Ermənistan istehsalı konyakların idxalı və satışına qadağa qoyulub. Belarus mənbələri qərarı məlum görüşlər əlaqələndirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu