29 Mart 17:10
2 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sərhədçilərinin çıxarılmasının Ermənistanın hərbi potensialını hansısa formada gücləndirəcəyi ilə bağlı söhbətlər təhlükəli demaqogiyadır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Rusiya Federasiyasının 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır”, - açıqlamada deyilir.

Nazirlik onu da bildirib ki, Avropa Birliyi Ermənistana yalnız Avropa üçün resurs və mənfəət mənbəyi kimi baxır, onun maraqları və prioritetlərini də buna uyğunlaşdırmağa çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu