24 Aprel 11:58
12 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə qarşı qondarma soyqırımı iddialarına son qoymağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bildirdi ki, bölgədə yeni nizam yaradılır, əsassız xatirələri atmağın vaxtıdır, indiki reallıqlara əsaslanaraq hərəkət etmək daha yaxşıdır. Türkiyə lideri bildirdi ki, o, bu baxımdan (qondarma soyqırımından imtina) Ermənistan Baş naziri Nikol Paşinyanla razıdır.

Türkiyə prezidentinin bəyanatından sonra dünəndən Ermənistanın ictimai-siyasi dairələrində Paşinyanın “soyqırımı” siyasəti ilə bağlı həyəcanlı gözləntilər formalaşıb”, - məqalədə deyilir.

Nəşr iddia edir ki, Paşinyan komandasını qondarma soyqırımının araşdırılmasına, əsl reallığın üzə çıxarılmasına inandırmağa çalışır. Ermənistan baş naziri saxta iddia ilə bağlı səsləndirilən “1.5 milyon qurban”ın adının dəqiqləşdirilməsini istəyir.

Qeyd edək ki, bu yaxınlarda gənclərə görüşü zamanı Paşinyan çıxışında “soyqırımı” əvəzinə “böyük fəlakət” ifadəsinə yer verib. Baş nazirin çıxışı hələ də Ermənistanda müzakirə mövzusudur. “Hraparak” vurğulayır ki, Türkiyə lideri bu nöqtədə ("soyqırımı" iddiasından imtina məsələsində) Paşinyanla razılaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər