1 Noyabr 12:01
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gürcüstandakı seçkilərdən sonra yenidən Ermənistana marağını artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr iddia edir ki, Rusiya yenidən Ermənistan müxalifəti ilə aktiv işləməyə başlayıb:

“Xəbər yayılıb ki, müxalifət hərəkatının lideri Baqrat Qalstanyan tibbi müayinədən keçmək üçün iki günlük xaricə, bizdə olan məlumata görə, Moskvaya gedir. Əslində, səfərin məqsədinin Rusiyanın bəzi dairələri ilə görüş olduğu bildirilir.

Yeri gəlmişkən, son vaxtlar müxalifətdən Moskvaya səfərlər çoxalıb. Kreml Gürcüstandakı seçkilərdən sonra yenidən Ermənistana marağını artırıb. İndi Rusiyanın Azərbaycan və Gürcüstanla inkişaf edən münasibətləri, Ermənistanla isə problemləri var.

Məlum olub ki, qərbyönlü deputatlar Samvel Aleksanyan və Xaçatur Sukiasyan da daxil olmaqla 40-a yaxın siyasətçinin Rusiyaya girişinə qadağa qoyulub.

Rusiya hələlik hakimiyyətə toxunmamaq, amma onun peykləri və ətrafını cəzalandırmaq qərarına gəlib. Bu addımlar Ermənistan hökumət dairələrində narahatlıq yaradıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər