4 Noyabr 16:23
2 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi Marqara keçid məntəqəsini təmir etməyə tələsdi, çünki Türkiyə tərəfi ilə razılaşma var ki, keçid məntəqəsi üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün fəaliyyət göstərməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan deyib.

“Göstərilən qrupdan olan insanların hərəkətlərini təmin etmək üçün kifayət qədər şərait yaratmışıq”, - qurum rəhbəri bildirib.

Badasyan keçid məntəqəsinin fəaliyyəti və digər tədbirlər barədə ətraflı məlumat verməyib, bunlar haqda Xarici İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edib.

“Keçid məntəqəsində yalnız erməni işçilər işləyəcək, yoxsa Türkiyə tərəfdən də nümayəndələr olacaq” sualına isə Badasyan belə bir şeyin istisna edildiyini söyləyib: “Ermənistan ərazisində gömrük nəzarətini yalnız Ermənistanın gömrük orqanları həyata keçirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər