24 Mart 2017 13:31
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmə tutulur və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir".

24 mart - Dünya Vərəmlə Mübarizə Günü ilə bağlı Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova Teleqraf.com-a belə deyib.

O bildirib ki, daha çox 20-50 yaş arası insanlar vərəm xəstəliyinə yoluxurlar: “Bu, daha çox cavanların xəstəliyidir. Kişilər ona qadınlardan daha çox yoluxur. Amma son illər xəstəliyin yaşı bir az artıb. Burada tibbi risk faktorlarının da rolu var. Məsələn, bir insanda bir xəstəlik var, şəkərli diabet, hansısa ağ ciyərin qeyri-spesivik xəstəliyi və sair. İmmuniteti salan hər hansı xəstəliyi olan insanlar tibbi cəhətdən vərəmə görə risk qrupu sayılır. Bu səbəblərdən indi vərəm yaşı bir az artıb. Çünki risk qrupunun da yaş həddi artıb".

İradə Axundova qeyd edib ki, əvvəllər vərəmə görə, ölüm sayı 100 min nəfərə 4,1, 2015-ci ildə ölkədə 100 min nəfərə 3,8 insan vərəmə görə həyatını itirib. 2010-cu ildə 100 min nəfərə 53,5 xəstələnmə var idisə, 2015-ci ildə bu 100 min nəfərə 41,3-dək azalıb.

Direktor müavini qeyd edib ki, son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər