30 Noyabr 21:36
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mümkün olan hər yerdə milli razılıq əldə olunub və hər dəqiqə daha da güclənir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili videomüraciətində deyib.

Onun sözlərinə görə, Gürcüstanın müstəqilliyinin əlindən alınması yolverilməzdir.

“Kimsə Gürcüstanı Rusiyaya qaytara və onun Avropa gələcəyini əlindən ala bilməz”, - dövlət başçısı deyib.

Zurabişvili bildirib ki, sabah ictimaiyyət nümayəndələri və siyasi partiyalar onunla bir araya gələcək və siyasi prosesləri birgə idarə edəcəklər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər