5 İyul 2017 14:34
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın bu təxribatı əslində gözlənilən idi. Bilirsiniz ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar. Onların hesabatı üçün belə bir təxribatın olması çox vacib və önəmli idi.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, böyük ehtimalla məhz buna görə ermənilər mülki azərbaycanlıların yaşadıqları Alxanlı kəndini hədəf götürüblər: “Nəticədə iki vətəndaşımız, o cümlədən 2 yaşlı körpə balamız və onun nənəsi həyatını itirib.

Bir mülki vətəndaşımız ağır yaralanıb, hal-hazırda xəstəxanadadır. Nə demək olar? Ermənilər özlərini nə qədər cəzasız hiss edəcəklərsə, belə təxribatlar davam edəcək. Ermənilərin mülki vətəndaşlarımızı atəşə tutmaları ilk dəfə deyil. Bundan əvvəl də mülki vətəndaşlarımızı atəşə tutmuşdular. İndi vəziyyətdən çıxmaq üçün qondarma bir video da dövriyyəyə buraxıblar. Guya bunlar Azərbaycanın atəş nöqtəsini susdurublar. Bu, məsuliyyətdən yayınmaq üçün növbəti erməni hiyləgərliyidir. Amma Azərbaycan buna əsla imkan verməməlidir.

Baş Prokurorluq məlumat yayıb ki, Füzuli Rayon Prokurorluğunda bir neçə maddə üzrə cinayət işi başlanılıb.

Əlbəttə, hüquqi prosedurlar aparmaq lazımdır. Amma eyni zamanda erməni ilə onun öz dilində danışmaq lazımdır. Yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi yaxın saatlarda bununla bağlı lazım olan addımı atacaq”.

Ü.Cəfərov bildirib ki, Azərbaycan iyulun 11-də ATƏT qarşısında sərt tələb qoymalıdır: “Bu danışıqlar nə qədər davam edəcək?! Əgər bu danışıqlar cüzi nəticəyə belə gətirib çıxarmayıbsa, kimə lazımdı belə danışıqlar? Dünən həmin istiqamətdə monitorinq keçiriblər. Monitorinqin üstündən bir neçə saat keçməmiş ermənilər Azərbaycan mövqelərini atəşə məruz qoyublar. Ora mülki vətəndaşların yaşadığı ərazidir. Mən o ərazini çox yaxşı tanıyıram. O ərazidə briqada komandirinin müavini kimi döyüşlərin ağır vaxtında xidmət keçmişəm. Alxanlı kəndi ön xətdən xeyli geridə olan ərazidir. Yəni, 60 və 120 millimetrlik mərmilər də sıradan olan, adi mərmilər deyil. Məqsədyönlü şəkildə həmin mərmilərdən istifadə ediblər. Məqsədləri də mülki vətəndaşlar arasında panik əhval-ruhiyyə yaratmaqdır. Dünən Cocuq Mərcanlıya Azərbaycan vətəndaşları köçməli idilər. Bu, həm də mülki vətəndaşlarda orduya qarşı inamsızlıq yaratmaq məqsədi daşıyır. Azərbaycan tərəfi bunu ən sərt və amansız şəkildə cəzalandırmalıdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər