Mərhum idmançı Xəzər Əliyevin anası Məlahət Həsənova artıq Livanın Beyrut şəhərindədir.
Bu barədə Teleqraf.com-a mərhumun qohumları məlumat verib.
Məlumata görə, Məlahət Həsənovanı Azərbaycanın Livandakı səfirlilyinin nümayəndələri qarşılayıblar. Xəzəri maşınla vuran şəxsin qohumları xəstəxananın pulunu ödəmək üçün bu gün idmançının anası vəkalət verəcək.
Qohumlar bildirib ki, məsələ həll olunsa, bu gün Xəzər Əliyevin meyitinin Azərbaycana gətirilməsi üçün işlər tamamlanacaq: “Əgər, işlərin həll olunması ləngisə, cənazənin Azərbaycana gətirilməsi Qurban bayramından sonraya qalacaq”.
Xatırladaq ki, 06.02.1994-cü il təvəllüdlü Azərbaycan idmançısıXəzər İntiqam oğlu Əliyev avqust 27-də Livanın Beyrut şəhərində səhər 5:30-da yol qəzasına düşüb. Xəzərin həyatını xilas etmək mümkün olmayıb.