Oxşar xəbərlər
"Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır”
Məlumata görə, bu sözləri “Media forum”a Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova deyib: “Saxlanan şəxslərə baş çəkmək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatında var. Hazırda komitə saxlanan şəxslərə baş çəkmək və həlak olan azərbaycanlının meyitinin geri qaytarılması ilə bağlı müzakirələr aparır”.
Girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanmasına gəlincə, İlahə Hüseynova deyib: “Müəyyən məlumatlar var ki, adətən biz onu ictimailəşdirmirik. Bu məlumat da onlardan biridir”.
/qafqazinfo/