Ermənistanın Baş naziri Sej Sərkisyanın istefa qərarı ölkədə bayram əhval-ruhiyyəsi yaradıb.
Teleqraf.com xəbər verir ki, vətəndaşlar Sərkisyanın qərarını sevinclə qarşılayıblar.
Etiraz aksiyasının iştirakçıları rəqs edir, oxuyur və bir-birilərini təbrik edirlər.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri istefa verib. O, səhv etdiyini etiraf edib.
"Sonuncu dəfə dövlət başçısı kimi sizə müraciət edirəm. Etiraz aksiyasının lideri Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll var, amma onlardan heç birinə getməyəcəyəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsini tərk edirəm. Mən sizin tələbinizi yerinə yetirirəm", - mətbuat xidməti Sarkisyanın sözlərini sitat gətirib.