11 Avqust 2014 15:51
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh və Demokratiya İnstitutu”nun əməkdaşı, Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsində seçilən həbs-qəti imkan tədbiri qüvvədə qalıb

Bu barədə onun vəkili Xalid Bağırov məlumat verib.

Vəkilin məlumatına görə, bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Arif Yunusun apellyasiya şikayətinə baxılıb. Keçirilən prosesdə şikayətçinin özü də iştirak edib. Bakı Apellyasiya Məhkəməsində Arif Yunusun şikayəti təmin edilməyib.

Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan Arif Yunusun barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Baş Prokurorluğun məlumatına görə, Arif Yunusov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına qəsdən kömək edərək dövlətə xəyanət etmə və dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə şübhəli bilinir.

/anspress/


Müəllif: